• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Lalə Şövkətin ölüm xəbərinə ailəsindən reaksiya

CƏMİYYƏT

28 Fevral 2024 | 17:26

Lalə Şövkətin ölüm xəbərinə ailəsindən reaksiya

Tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət haqqında sosial şəbəkələrdə iddialar yayılıb. Belə ki, bəzi şəxslər tərəfindən onun dünyasını dəyişdiyi ilə bağlı paylaşımlar edilib. 

Bakıvaxtı.az xəbər verir ki, Modern.az məsələni aydınlaşdırmaq üçün Lalə Şövkətin oğlu Sidqi Şövkətlə əlaqə saxlayıb. 

Saytımıza açıqlamasında Sidqi Şövkət bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

“Lalə Şövkətin dünyasını dəyişməsi ilə bağlı yayılan informasiyalar boş söhbətlərdir. Hazırda Lalə Şövkətin səhhətində hər şey normaldır”,- o deyib. 

Qeyd edək ki, Lalə Şövkət hazırda 73 yaşındadır. 

 


SON XƏBƏRLƏR