• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Problem suyun azlığında yox, düzgün idarə edilməməsindədir

CƏMİYYƏT

28 Fevral 2024 | 16:21

Problem suyun azlığında yox, düzgün idarə edilməməsindədir

Son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Onun sözlərinə görə, yeni su mənbələrinin yaradılması, tullantı su təchizatlarının yaxşılaşdırılması siyasətin prioritet istiqamətlərindəndir.

Tanınmış iqtisadçı Vahid Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında resurs imkanlarımızdan 5 dəfə az təlabatımız olduğunu qeyd edib. Onun sözlərinə görə, əslində Azərbaycanda su ehtiyatları bizim tələbatımızı ödəyəcək qədər kifayətdir:

“Azərbaycanın əvvəllər 32 milyard kub metr su ehtiyatı olub. İndi 25 milyard kub metrdir. Yəni, 7 milyard kub metr azalıb. Amma bizim tələbatımız cəmi 5 milyard kub metrdir, 5 dəfə az. Bizim resurs imkanlarımızdan 5 dəfə az tələbatımız var”.

Vahid Məhərrəmli hazırda qlobal istiləşmənin problemlər yaratdığını və buna görə də yağıntıların yığılaraq borular vasitəsilə göndərilməsinin vacibliyini vurğulayıb:

“İndi intensiv yağışlar yağır, dolu düşmələri müşahidə olunur. Biz hökümətə təfliklərimizi vermişik ki, indi yağış suları yığılmalıdır. Azərbaycanın relyefi elədir ki, bu yağış sularını yığmaq mümkündür. Onları yığıb borular vasitəsilə əkin sahələrinə vermək lazımdır. Həmin sudan həmçinin içməli su kimi istifadə etmək olar”.

Vahid Məhərrəmli: Azərbaycanın relyefi elədir ki, bu yağış sularını yığmaq mümkündür

Ekspertin sözlərinə görə, ölkədə ciddi su qıtlığının olması fikri formallaşdırılırsa da, problem suyun azlığında yox, onun düzgün idarə edilməməsindədir:

“Bir çox ölkələrdə artıq çoxdan belə bir təcrübə həyata keçirilir. Sular göllərdə yığılır və göllərdən borular vasitəsilə təsərrüfatlara verilir. Bu sistem qurulmalıdır. Bundan sonra Azərbaycanın bu sahədə heç vaxt problemi olmayacaq və tələbat dayanıqlı ödəniləcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024