• Bakı 15° C

    2.03 m/s

Azərbaycanda “qışın oğlan çağı” başladı

CƏMİYYƏT

01 Fevral 2022 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda “qışın oğlan çağı” başladı

Xalq inancına görə, yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatıb və Kiçik çillə başlayır.

Bakıvaxtı.az bildirir ki, xalq təqvimində qış 3 yerə bölünür: 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və Novruza qədər 30 günlük Boz ay.

Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.

"Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıqgətirənifadədir.

Xalq inancında əksini tapan min illərlə aparılan müşahidələrə görə, bu 20 gündə havalar  soyuyur, sərt  şaxtalarbaşlayır. Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Həmişə sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR