• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dayanacaqlardan “BakıKart” terminalları niyə yoxa çıxıb?

CƏMİYYƏT

03 Mart 2022 | 09:42 | Müəllif: Qalib İbrahimoğlu

Dayanacaqlardan “BakıKart” terminalları niyə yoxa çıxıb?

“”Şamaxinka”dan üzü Göz Xəstəxanasına (Akademik ZərifəƏliyeva adına Milli Oftalmologiya Mərkəzi – red.) qədər 10-dan çox dayanacaq var. Amma heç birində “BakıKart”ın terminalı yoxdu. Kartımızda balans olmayanda məcbur olub, o qədər yolu ya piyada, ya da taksi ilə getməli oluruq”.

Belə şikayətləri hər gün eşidirik. Əməkdaşımız həmin ərazidə olub və həqiqətən dayanacaqların heç birində “BakıKart”ın terminalının olmadığının şahidi olub.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bakıvaxtı.az-a bildirib ki, sərnişinlər həm onlayn, həm də MilliÖn terminalları vasitəsi ilə “BakıKartı”n hesabını artıra bilərlər: “Əvvəllər bizim şərnişinlər ancaq avtobus dayanacağındakı ümumilikdə təxminən 250 ədədə yaxın terminaldan istifadə edirdi. Lakin sonradan həyata keçirilən tədbirlər sayəsində bu gün, sərnişinlərimiz “BakıKart”ın balansını daha rahat artıra bilməsi üçün geniş imkana sahibdirlər”.

Onun sözlərinə görə, balansın artırılması internet üzərindən də mümkündür.

BNA sözçüsü bildirib ki, bu gün paytaxtın bütün ərazisində 1400-dən artıq MilliÖn terminalı var və onların hamısı “BakıKart” ödənişini qəbul edir: “Sərnişinlərimiz ən kiçik məhəllə marketlərində belə alış-veriş edən zaman digər ödənişlərini etdikləri kimi, “BakıKart” ödənişini də bu terminallar vasitəsilə edə bilərlər”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR