• Bakı C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Azərbaycanda vəzifəli şəxs külli miqdarda qızılla SAXLANILDI

CƏMİYYƏT

30 Dekabr 2024 | 21:54

Azərbaycanda vəzifəli şəxs külli miqdarda qızılla SAXLANILDI

Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat keçiriblər.

Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.

Qeyd edək ki, Ə.Mirzəliyev vəzifəli şəxsdir və dövlət qurumlarından birində məsul vəzifədə çalışır.

Xatırladaq ki, 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılmışdı.


SON XƏBƏRLƏR

01 Yanvar 2025