• Bakı 15° C

    1.74 m/s

Azərbaycanın AB ilə saziş imzalaması önəmli hadisədir 

İQTİSADİYYAT

18 Iyul 2022 | 12:45

Azərbaycanın AB ilə saziş imzalaması önəmli hadisədir

“Azərbaycanın Avropa Birliyi ilə yeni enerji (qaz) sazişi imzalaması, Avropa Komissiyanın sədri Ursula von der Leyenin ölkəmizə səfəri çox önəmli hadisədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O, fikirlərini belə izah edib:

“Bu saziş tək ölkənin deyil də, bölgəmizin də qurunmasını, önəmini artıracaq, yarana biləcək münaqişələrin önlənməsinə xidmət edəcək. Cənubi Qafzaqda sülhün bərqərar olması və qorunması üçün bu saziş vacib qoruyucu qalxan olacaq. Yeni saziş Azərbaycanın iqtisadi vəziyyətinə də müsbət təsir göstərəcək, qaz gəlirləri artacaq, bundan başqa iqtisadi olaraq məmləkətin Qərbə bağlantısını möhkəmləndirəcək".

N.Cəfərli xatırladıb ki, uzun müddətdir, Azərbaycanla AB arasında yeni strateji tərəfdaşlıq müqaviləsi üzərində iş gedir: "Hələ 2019-cu ildən bu haqda ictimayətə məlumat vermişdik, danışıqlar prosesindən məlumatlı şəxslər olaraq (2019-da Brüsselə səfərimiz, ciddi görüşlərimiz olmuşdu, bundan başqa da müxtəlif səfərlər və görüşlərdə müqavilənin məğzi ilə bağlı kifayət qədər məlumatımız var) məsələnin uzanmasının səbəbini insan haqları ilə bağlı olmadığını demişdik”.

Ekspertin sözlərinə görə, o zaman bir qrup şəxs üzərlərinə hücum edib:

“Hücum edən şəxslər yalan danışdı. Yalanlarını sübut etdik, üzr də istəmədilər. Faktiki olaraq həmin marginal qrup müqaviləni gözdən salmaq üçün əllərindən gələni edirdilər (bu isə bilərək, ya bilmədən Kremlin əlinə oynamaqdır). O zaman da demişdik ki, müqavilənin uzanmasının əsas səbəbləri iqtisadi məsələlərdir. Qazla bağlı anlaşma razılaşdırılmamış əsas məsələlərdən biri idi – indi imzalanacaq qaz anlaşması AB ilə geniş müqavilənin də önünü açır, düşünürəm ki, yaxın zamanlarda Avropa Birliyi ilə yeni strateji müqavilə də imzalanacaq. Bir sözlə, Azərbaycan–AB arasında əlaqələrin genişlənməsi məmləkətimizin strateji dövlət maraqlarına tam uyğundur, ölkəmizin Qərblə daha sız bağlanmasına səbəb olacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026