• Bakı 23° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

ARDNF-dən fişinq xəbərdarlığı

İQTİSADİYYAT

16 Avqust 2022 | 10:18

ARDNF-dən fişinq xəbərdarlığı

Son üç ayda Azərbaycan Dövlət Neft Fondu ( ARDNF ) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Fondun yaydığı xəbərdarlıqda bildirilir.

Qeyd olunub ki, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.

"ARDNF bu paylaşımların tamamilə yalnış, həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırır və qeyd edib ki, onların Fondun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyə olunur", - deyə açıqlamada bildirilib.


SON XƏBƏRLƏR

29 Sentyabr 2022