Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 000 ABŞ dollarına enib.
Bakıvaxtı.az xəbər verir ki, 12 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 000,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 152 dollar) ilə müqayisədə 7% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.



jpg-1665641965.webp)
jpeg-1665641390.webp)











