Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 430,7 milyon manat xalis mənfəət əldə edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 % azdır.
Yanvar-may ayları ərzində bankların əməliyyat gəlirləri 2 milyard 701,4 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 17,4 % çox), əməliyyat xərcləri 1 963,5 milyon manat (27,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 198,7 milyon manat (49,3 % çox), digər gəlirləri 0,4 milyon manat (82,6 % az), mənfəət vergisi ödəmələri isə 109 milyon manat (1,5 % çox) təşkil edib.