• Bakı 15° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın Kanada ilə ticarət dövriyyəsi 44 dəfəyə yaxın artıb

İQTİSADİYYAT

26 Mart 2025 | 11:17

Azərbaycanın Kanada ilə ticarət dövriyyəsi 44 dəfəyə yaxın artıb

 Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin dəyəri 93,6 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,7 dəfə çoxdur.

Son 1 ildə Azərbaycanın Kanadaya ixracının dəyəri 1,9 dəfə artaraq 0,4 milyon ABŞ dollarına, bu ölkədən idxalının dəyəri isə 48,2 dəfə artaraq 93,2 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə Kanadanın Azərbaycanın ümumi ixracında payı 0,01 %, ümumi idxalında payı isə 2,25 % olub.


SON XƏBƏRLƏR

28 Mart 2025