• Bakı 22° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanın qlobal idman reytinqində yeri AÇIQLANDI

İDMAN

03 Iyul 2023 | 17:29

Azərbaycanın qlobal idman reytinqində yeri AÇIQLANDI

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Bakıvaxtı.az  xəbər verir ki, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.

Bu müddətdə 85 ölkənin idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.

Ölkəmiz dünyanın 39-cusudur. Azərbaycanın hesabında 79 xal var. Təmsilçilərimiz ötən cədvəllə müqayisədə 21 pilləlik sıçrayışa imza atıb.

Toplanan xallar iki idman növündə qeydə alınıb. Boksçular 52, cüdoçular 27 xal yığıb.

Bu xallardan 68-i kişi idmançıların hesabındadır. Yığmamız bu göstəricidə dünyada 32-cidir. 11 xala malik qadınlar 53-cü yerdə qərarlaşıb. Azərbaycan Avropada 22-ci yerdədir.

Qeyd edək ki, reytinqə 1187 xala malik Norveç başçılıq edir. ABŞ 1185 xalla ikinci, 1022 xala malik Fransa üçüncüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026