• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

“Aris”in məşqçiləri Bakıya gəldilər

İDMAN

02 Avqust 2023 | 12:24

“Aris”in məşqçiləri Bakıya gəldilər

Kiprin “Aris” klubunun məşqçiləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu izləmək üçün Bakıya gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, Limassol təmsilçisinin mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos bununla bağlı yerli mətbuata açıqlama verib.

Onun sözlərinə görə, baş məşqçi Aleksey Şpilevskinin köməkçiləri potensial rəqiblərin görüşünü canlı izləyərək, qeydlərini aparacaqlar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. “Qarabağ” – “Rakuv” cütünün qalibi III təsnifat mərhələsində “Aris”ə rəqib olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026