Azərbaycanın Su-25 təyyarəsi TEKNOFEST-də nümayiş etdirilir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə paytaxt Ankarada TEKNOFEST yarışması keçirilir.
Qeyd edək ki, 26 iyul tarixində 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan Müdafiə Nazirliyi ilə Türk Aerokosmik Sənayesi (TUSAŞ) arasında "SU-25 Modernləşdirmə Layihəsi Müqaviləsinin İmzalanma Mərasimi" keçirilib.
















