• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vardanyan saxlanıldı: Digər separatçıların da həbs ediləcəyi məqam yaxınlaşır

GÜNDƏM

27 Sentyabr 2023 | 17:41 | Müəllif: Qalib İbrahimoğlu

Vardanyan saxlanıldı: Digər separatçıların da həbs ediləcəyi məqam yaxınlaşır

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində separatçı Ruben Vardanyan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Vardanyan Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.  O, müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Məlumat üçün bildirək ki, erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışıb və Rusiya vətəndaşlığından imtina edib.

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan dövləti Ruben Vardanyanı həbs etməklə bir daha sözünün arxasında dayandığını göstərdi.

Analitik vurğulayıb ki, bu, ümumiyyətlə, bütün separatçılara mesajdır ki, istər ərazidə qalsınlar, istərsə də qaçsınlar, gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər: "Vardanyanın həbs edilməsi belə fiqurlar üzərindən oyun oynayan qüvvələr üçün də cavab xarakteri daşıyır. Bu qüvvələrin hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, Azərbaycan dövləti onun ərazisində separatçılıq əməlləri törədənləri cəzasız qoymayacaq”.

Azər Qasımov: Görünən odur ki, Rusiya Vardanyanı bir növ "təhvil verməklə" Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmək istəyir

Onun sözlərinə görə, digər separatçı ünsürlərin də həbs ediləcəyi məqam yaxınlaşır. Onlar uzun illər Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətiriblər. Fəaliyyətləri ilə minlərlə insanlarımızın həyatını təhlükəyə atıb, sonlandırıblar. Bunun cəzası isə ağır olacaq. Müsahibimiz hesab edir ki, Rusiyanın Vardanyanın ərazidən təhlükəsiz şəkildə çıxmasına şərait yaratmaması da maraqlı məqamdır: “Onun Rusiyanın adamı olması faktı bəlli idi. Görünən odur ki, Rusiya onu bir növ "təhvil verməklə" Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmək istəyir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026