• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Paris hərbi anlaşma ilə sülh prosesinə ciddi zərbə vurur - AÇIQLAMA

GÜNDƏM

24 Oktyabr 2023 | 15:55 | Müəllif: Qalib İbrahimoğlu

Paris hərbi anlaşma ilə sülh prosesinə ciddi zərbə vurur - AÇIQLAMA

"Fransa və Ermənistanın hərbi sazişi imzalaması iki ölkə arasında daha ciddi bağların formalaşması anlamına gəlir".

Bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Politoloq vurğulayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan, NATO-ya əks mövqedə çıxış edən hərbi-siyasi təşkilatda yer alan Ermənistanın Qərbin qabaqcıl ölkələrindən sayılan Fransa ilə yeni geosiyasi əlaqələr qurması KTMT qaydalarına ziddir: "Ermənistan KTMT əleyhinə olan addımını belə əsaslandırır ki, Ukrayna ilə müharibə şəraitində olan Rusiya Ermənistana hətta müqavilə əsasında olan silahları, hərbi texnikanı satmaq əzmində deyil. Yəni Ermənistan özünü qorumaq üçün Fransa və digər ölkələrlə hərbi-siyasi, texniki əməkdaşlığa ehtiyac duyur. Yaxşı, bəs kasıb Ermənistan Fransadan bu silahları necə alacaq? Fransa silahlarının dünya bazarlarındakı qiymətləri heç də aşağı deyil. Ermənistanın indiki zəif büdcə ilə hücum və müdafiə xarakterli bahalı fransız hərbi texnikasını satın alması isə qeyri-mümkündür. Bu da onu göstərir ki, bu silah alış-verişində Fransa hökuməti və erməni lobbisi öz rolunu oynayacaq".

Zaur Məmmədov: Proses belə davam edərsə, Azərbaycan bayrağı digər tarixi torpaqlarımızda da dalğalana bilər

Analitikin qənaətincə, istənilən halda rəsmi Paris hərbi anlaşma ilə Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə ciddi zərbə vurmaqdadır: "Fransanın əsas məqsədi bölgədə hərbi-siyasi nüfuzunu artırmaq, erməni məsələsindən istifadə edərək bölgəyə öz missiyasını yetirməkdir. Həmçinin, Yaxın Şərqdə və Afrikada sarsılmış mövqeyini Cənubi Qafqazda bərpa etməyə çalışır. Amma Parisin addımları nəticə verməyəcək. Azərbaycan yenə də Fransa və Ermənistanın bütün bəd niyyətlərini alt-üst edəcək. Əgər proses belə davam edərsə, Azərbaycan bayrağı digər tarixi torpaqlarımızda da dalğalana bilər".

Qeyd edək ki, Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan "X" hesabında bildirib. Onun sözlərinə görə görüş zamanı razılaşmaların icrası ilə bağlı görülən işlərin gedişi müzakirə olunub: “Əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin əldə edilməsi, hərbi təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələr qeyd edilib. Əməkdaşlığımızın hazırkı vəziyyəti yüksək qiymətləndirilib. Müdafiə sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstəyə görə mən Fransa tərəfinə minnətdarlığımı bildirdim”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR