• Bakı C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8382

    RUB - 0.0186

Azərbaycan yeni iri çaplı pulemyot hazırlayıb

Gündəm

22 Noyabr 2023 | 18:23

Azərbaycan yeni iri çaplı pulemyot hazırlayıb

Azərbaycan yeni “AH-12,7” iri çaplı pulemyot hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, pulemyot noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə təqdim olunur.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.


SON XƏBƏRLƏR

01 Mart 2024