• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Erməni lobbisinin təsiri: Azərbaycana qarşı yeni ittihamlar... - Qərəzli hesabat

Gündəm

23 Noyabr 2023 | 12:12

Erməni lobbisinin təsiri: Azərbaycana qarşı yeni ittihamlar... - Qərəzli hesabat

"30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ikili standartdan çıxış ediblər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, abidələrimizin acınacaqlı vəziyyətinə dair heç kim doğru-düzgün məlumat vermirdi və Ermənistana vandal siyasətinə görə etiraz edən yox idi: "Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və real mənzərə ilə qarşılaşdı. 30 il ərzində daşı daş üstünə qoymayan işğalçı dövlət faktiki olaraq tarixi-mədəni abidələrimizi darmadağın edib, türk izini silməyə çalışıb. Alban mədəniyyətini, bizə məxsus xristian mədəniyyətini saxtalaşdırıb. Məzarlıqlarımızı, inanc yerimiz olan məscidlərimizi, ziyarətgahlarımızı da təhqir edib. Bu müddət ərzində dəfələrlə Azərbaycan beynəlxalq təşkilatlara, xüsusilə UNESCO-ya müraciətlər edib. Ancaq əfsuslar ki, bu məsələnin araşdırılmasının, məsələyə dair hansısa hesabatın verilməsinin şahidi olmadıq”.

N.Həmzəyev bildirib ki, lakin Azərbaycan öz suveren hüquqlarını bərpa etdikdən sonra ermənidən daha çox erməni olmaq istəyini ortaya qoyan təşkilatlar, rəsmilər, xüsusilə erməni lobbisinin təsiri altına düşmüş şəxslər Azərbaycana qarşı təzyiqləri artırdılar: “Azərbaycan mədəniyyətini görməzdən gələrək Xankəndiyə getmək və oradakı vəziyyəti öyrənmək istəyirlər. Rəsmi Bakı tam haqlı olaraq beynəlxalq təşkilatların Ağdamdan keçməklə Xankəndinə getməsinə icazə verəcəyini bildirib. Çünki onlar Ağdam şəhərindən keçərkən tamamilə yox edilmiş şəhəri görəcəklər. Daha sonra Xankəndidəki abidələrə baxa bilərlər".

Naqif Həmzəyev: UNESCO Azərbaycan mədəniyyətini görməzdən gələrək Xankəndiyə getmək, oradakı vəziyyəti öyrənmək istəyir

Deputat vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar davan edir: "Beynəlxalq təşkilatlar reallıqları görməzdən gəlir və Azərbaycana qarşı fərqli münasibət sərgiləyirlər. Ancaq biz qətiyyən yolumuzdan dönməməliyik. Hər bir məsələdə ədalətli olmağın tərəfdarıyıq. Beynəlxalq təşkilatlardan, xüsusilə UNESCO-dan ədalətli yanaşma sərgiləməsini tələb edirik. Nə zaman səmimi olacaqlarsa, onlarla hərtərəfli əməkdaşlığa hazır olacağıq. Lakin onlar Xankəndinə getməklə qərəzli hesabat hazırlayacaqlar. Erməni lobbisinin təsiri altında Azərbaycana qarşı yeni ittihamlar irəli sürəcəklər. Bu da ədalətsiz yanaşmadır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024