• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Riyakarlığın son həddi: UNESCO Ağdamı görməzdən gəldi

Gündəm

22 Noyabr 2023 | 17:18

Riyakarlığın son həddi: UNESCO Ağdamı görməzdən gəldi

UNESCO missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. Rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib. Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildiriblər.

Qurumun bu mövqeyindən aydın görünür ki, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları UNESCO-nu maraqlandırmır. UNESCO missiyası Ağdamı görməzdən gələrək Xankəndiyə səfər üçün israr etməklə öz ikili standartlarını növbəti dəfə aydın şəkildə ortaya qoyur.

Millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında təəssüflə deyib ki, Azərbaycan bu ikiüzlülüyə, riyakarlığa, ədalətsizliyə öyrəşib.

Deputat diqqətə çatdırıb ki, son dövrlər UNESCO və digər beynəlxalq təşkilatlar qərəzli mövqelərini gizlədə bilmirlər: "3 ildir torpaqlarımızı azad etmişik. UNESCO-nu dəfələrlə dəvət etmişik ki, gəlsinlər Azərbaycandakı vəhşiliyi, barbarlığı görsünlər. Amma onlar reallığı görmək istəmir, görmürlər. Davamlı şəkildə Azərbaycana qarşı ittihamları səsləndirirlər. Bu, riyakarlığın ən parlaq göstəricisidir”.

Onun sözlərinə görə, Qarabağa gələrək yalnız Xankəndiyə baş çəkmək, Ağdam və digər ərazilərə getməmək istəməməkləri onları UNESCO-nun boş dərəcə riyakar və saxtakar olduqlarının təzahürüdür.

Ceyhun Məmmədov: Azərbaycan bu ikiüzlülüyə, riyakarlığa, ədalətsizliyə öyrəşib

Deputat qeyd edib ki, əgər UNESCO obyektiv və ədalətli mövqe tutmaq istəsəydi, bütün Qarabağı görməkdən imtina etməzdi: "Niyə Ağdamı, Füzulini, Cəbrayılı deyil, sadəcə Xankəndini görməkdə israr edirlər?! Onsuz da ölkə ictimaiyyətinin bu cür təşkilatlara etimadı zəif idi. Belə əməllər etimadsızlığı daha da dərinləşdirir və qurumları ifşa edir, iç üzünü göstərir. Görün, biz kimlərlə, hansı qüvvələrlə üz-üzəyik. Qarabağda 10 min kv. km. ərazinin viran qoyulmasına illərlə göz yuman təşkilat Xankəndidə "erməni abidə"lərindən narahatdır. Bunu anlamaq çox çətindir".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024