• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Vasitəçi kim olsun? Azərbaycan üçün Qərbin vasitəçilik missiyası...

GÜNDƏM

20 Noyabr 2023 | 17:43

Vasitəçi kim olsun? Azərbaycan üçün Qərbin vasitəçilik missiyası...

 Ermənistan Rusiyanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir. Lakin hələlik konkret razılaşma yoxdur.

Son günlər ABŞ və Qərb ölkələrinin mövqeyindən sonra Azərbaycan tərəfi əvvəlcə Qranada, sonra Brüssel, indi də Vaşinqton görüşündən imtina etdi. Ermənistan baş naziri, digər rəsmilər isə israrla ilin sonuna kimi sülh sənədinin imzalanmasına hazır olduqlarını iddia edirlər. Mövcud şəraitdə tərəflər arasında növbəti görüşün hansı platformada reallaşacağı bəlli deyil.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a deyib ki, Azərbaycan üçün Qərbin vasitəçilik missiyası bitmiş, ən azından dondurulmuş sayılır.

Ekspert xatırladıb ki, rəsmi Bakı əvvəlcə Qranada görüşündən imtina etdi: "Avropa İttfiqanın vasitəçiliyinə inamımız qalmayıb. Rəsmi Brüssel ilk vaxtlar daha münasib vasitəçilik təklif etsə də, sonradan xüsusən Fransanın təzyiqləri nəticəsində Qərbin vasitəçiliyi tərəfsiz və qərəzsiz olmadı. Fransa açıq şəkildə Ermənistanı silahlandırır, eyni zamanda vasitəçi olmağa cəhd edir. Belə olan halda istər Kişinyov, istərsə də Qranada formatının heç bir əhəmiyyəti qalmır. Bir ölkə Ermənistanı açıq şəkildə silahlandırırsa, sülhə necə xidmət edə bilər?! Ona görə də Qranada sammitindən imtina etdik. Daha sonra ABŞ-ın sərgilədiyi mövqe rəsmi Bakı ilə münasibətləri gərginləşdirdi. Artıq Vaşinqton formatı da bizim üçün əhəmiyyətini itirir".

Turab Rzayev: Avropa İttfiqanın vasitəçiliyinə inamımız qalmayıb

T.Rzayevin fikrincə, geriyə sadəcə Rusiyanın moderatorluq etdiyi platformalar və Gürcüstanın təklif etdiyi variantlar qalır: "Gürcüstanın da Ermənistana silah daşınmasına müəyyən rolu oldu. İrəvan açıq şəkildə Tbilisiyə mesaj verir ki, Qərbin çətiri altına keçsin. Gürcüstan Avropa İttifaqının təzyiqi ilə Ermənistanla yaxınlaşırsa, Azərbaycandan uzaqlaşırsa, qəbul etməyəcəyimiz addımlar atırsa, bu, Gürcüstanın da vasitəçilik imkanlarını daraldır. Ortada sadəcə Rusiya variantı qalır. Məsələ ondadır ki, Ermənistan sürətli şəkildə sülhün imzalanmasını istəyir. Düşünür ki, sürətli sülhdən sonra Avropa İttifaqına daxil ola bilər. Həm də Qərbin təhlükəsizlik çətiri altına girər. Bu səbəbdən İrəvan məcburi şəkildə Moskvaya yaxınlaşa, vasitəçilik təkliflərini qəbul edə bilər. Ancaq Rusiya Ermənistana və onun havadarlarına sərf edəcək vasitəçilik etməyəcək. Rusiya münaqişənin tezliklə bitməsində maraqlı deyil. Moskva sülh formatını ortaya qoysa, Zəngəzur dəhlizinə nəzarəti də ələ alacaq. Bu da nə İrəvana, nə də Qərbdəki müttəfiqlərinə sərf edir. Ona görə də Ermənistan Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdə ya məcburi, ya da vaxt uzatmaq üçün iştirak edəcək. Ermənistan istəyir ki, görüşlər və sülh müqaviləsi Qərbdə olsun".

Aydın Baxış


SON XƏBƏRLƏR