• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Regionda gərginlik artır:  Paris İrəvanı müharibəyə sürükləyir

GÜNDƏM

26 Oktyabr 2023 | 10:07 | Müəllif: Qalib İbrahimoğlu

Regionda gərginlik artır: Paris İrəvanı müharibəyə sürükləyir

"Fransa ilə Ermənistan arasındakı saziş Avropa Birliyinin Cənubi Qafqaz ölkələrinə silah satışını qadağan edən qərarına ziddir".

Bunu Bakıvaxtı.az-a  açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat vurğulayıb ki, Fransanın bu hərəkəti olduqca təhlükəlidir və regionda gərginliyin artmasına səbəb olacaq: "Müqaviləyə əsasən, Paris İrəvanı müdafiə silahları ilə təmin etməlidir. Ancaq heç kim qarantiya verə bilməz ki, bundan sonra hücum silahları verilməyəcək”.

Onun sözlərinə görə, Fransanın beynəlxalq hüquqa zidd davranışları açıq şəkildə göstərir ki, bu ölkə 21-ci əsrdə də neokolonialist siyasətindən əl çəkmək istəmir. İki yüz il əvvəl olduğu kimi, Cənubi Qafqaza girmək arzularını həyata keçirmək istəyir. Bölgədə isə zəif bənd, daima müxtəlif xarici güclərin əlində alət olmuş Ermənistandır. Bu məsələdə xəstə erməni millətçiliyi ilə, fransız müstəmləkəçilərinin baxışları üst-üstə düşür.

Müsahibimiz vurğulayıb ki, Ermənistanla Fransa arasında bağlanmış müqaviləni dəstəkləyən digər Qərb ölkələri var: "Bu dövlətlərin regiona münasibətlərinə təkcə Ermənistan-Azərbaycan prizmasından yanaşmaq doğru deyil. Onların başladığı siyasi oyunlar daha geniş arealı əhatə edir və geosiyasi, iqtisadi, dini, etnik komponentləri özündə əks etdirir. Yaxın Şərqdə baş verən son hadisələr, dediklərimin təsdiqidir. Proseslər getdikcə gərgin xarakter alır”.

Nəsib Məhəməliyev:  Fransa 21-ci əsrdə də neokolonialist siyasətindən əl çəkmək istəmir

N.Məhəməliyevə görə, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, belə bir mürəkkəb şəraitdə İlham Əliyev kimi liderə sahibdir: “Məhz cənab Prezidentin apardığı balanslaşdırılmış xarici siyasət nəticəsində düşmən qüvvələr neytrallaşdırılır, destruktiv planları iflasa uğrayır. İstər Fransa, Ermənistan və yaxud digər dövlətlər olsun, fərq etməz. Dövlətimiz tərəfindən adekvat tədbirlər görülür və gələcəkdə də görüləcək. Yeganə tələb olunan məsələ milli birliyimizin qorunması, dövlət başçısının siyasətinin dəstəklənməsidir. Cəmiyyətimiz daxildən bütöv olarsa, istənilən xarici təsirləri dəf etmək mümkündür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026