• Bakı 19° C

    6.92 m/s

  • USD - 1.7

    EUR - 1.8758

    RUB - 0.0178

Ermənistan Zəngəzur dəhlizindən istifadə edə biləcək?

GÜNDƏM

23 Noyabr 2023 | 16:30

Ermənistan Zəngəzur dəhlizindən istifadə edə biləcək?

İrandan keçməklə Naxçıvana yeni kommunikasiya bağlantılarının inşasına başlanılıb.

Bakıvaxtı.az xatırladır ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Zəngilanda, Ağbənddə Araz çayı üzərində tikiləcək körpülərlə İran ərazisinə, oradan da Naxçıvana keçmək üçün quru və dəmir yolu xətlərinin tikintisi davam etdirilir: "Təəssüf ki, son 3 ildə Ermənistan bu xəttin tikilməsi, irəli aparılması üçün ciddi addım atmadı. Biz də Ermənistanın nə vaxt qərar qəbul edəcəyini gözləyə bilmərik. Gördüyünüz kimi, Orta Dəhlizdə yeni imkanlar yaranır və bu fürsətləri də doğru, düzgün qiymətləndirərək əlaqələri qurmalıyıq”.

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a deyib ki, Ermənistan tərəfi 10 noyabr birgə bəyannamənin razılaşmalarına, xüsusilə 9-cu bəndə əməl etməydi.

Analitik bildirib ki, Ermənistan öz gündəliyi əsasında "Dünyanın sülh qovşağı" adlı layihəni təqdim edir: "Ermənistan öz ərazisindən təklif etdiyi şərtlər daxilində yolun verilməsinə razı olduğunu söyləyir. Azərbaycan təhlükəsizlik təminatının yüksək səviyyədə olmasını istəyir. Çünki Ermənistana etimadı yoxdur. Ona görə də Azərbaycan Ermənistandan adi qaydada yolun verilməsini özünün milli təhlükəsizliyinə təhdid hesab edir. O səbəbdən İranla memorandum imzalandı. Tehranla müəyyən fikir ayrılılarına baxmayaraq, ümumi götürdükdə dövlətlər arasında münasibətlərdə düşmənçilik yoxdur. Zəngəzur dəhlizi hazırkı situasiyada cəlbediciliyini itirib. Ermənistan tərəfi növbəti dəfə iqtisadi blokadada qaldı. Çünki Ermənistan baş naziri Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana təzyiq etməyə çalışırdı. Onların bu siyasəti fiaskoya uğradı".

Ekspert Zəngəzur dəhlizinin tamamilə arxa plana keçdiyini düşünmür: "Gələcək perspektivdə Ermənistanla sülh bağlanarsa, Zəngəzur dəhlizinin Azərbaycanın təklif etdiyi şərtlər daxilində istifadəsi mümkün ola bilər. Amma hazırda dəhlizin İrandan keçməsi istiqamətində işlər aparılır. Hesab edirəm ki, Azərbaycan məhz bu istiqamətdə İranla əməkdaşlığı genişləndirəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR