• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ermənilər Qarabağa qayıdır? - Azərbaycan da razıdır

GÜNDƏM

24 Oktyabr 2023 | 10:54 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilər Qarabağa qayıdır? - Azərbaycan da razıdır

Məlum olduğu kimi, Ermənistan müxalifəti Vazgen Manukyanın başçılığı ilə Milli Komitə formalaşdırıb.

Bakıvaxtı.az xatırladır ki, Vazgen Manukyan Qarabağa ermənilərin qayıtmasının BMT mandatı və beynəlxalq missiya tərkibində həyata keçirilməsini şərt kimi irəli sürüb. Hətta Ermənistan müxalifəti və iqtidarın da ermənilərin Qarabağa qayıtması üçün yekdil mövqeyə malik olduğu deyilir.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Vazgen Manukyanın yaratdığı Milli Komitə daha çox Nikol Paşinyanın hakimiyyətdən yıxılması üçün düşünülmüş bir şeydir.

Professorun sözlərinə görə, V.Manukyan birmənalı şəkildə Moskvanın adamıdır: "O, Ermənistanda müxtəlif vəzifələrdə olub. Təbii ki, Manukyan Qarabağ ermənilərinin dərdini çəkən adam deyil. Çünki Qarabağ ermənisi deyil. Onun BMT mandatını bir missiya kimi irəli sürməsi də boş söhbətdir. Çünki üçtərəfli razılaşmada qaçqınların öz yerinə qaytarılması məsələsi öz əksini tapıb”.

Müsahibimizin dediyinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinin geri qayıtmasına razıyıq və bu məsələdə hansısa problem yoxdur: “Bəs niyə qayıtmağa qorxurlar? Çünki əksəriyyəti Vaqif Xaçaturyan kimi azərbaycanlıları vaxtilə qanına qəltan edənlərdir. Qorxurlar ki, gələndən sonra bu məsələlər üzə çıxar. Orada azərbaycanlıların qanına əli batmamış demək olar ki, tək-tük erməni olar. Elə qalanlar da onlardır”.

Cümşüd Nuriyev: Ermənistandan zorla çıxarılan Qərbi azərbaycanlının da geri qayıdışı sülh müqaviləsində əksini tapmalıdır

C.Nuriyev qeyd edib ki, Azərbaycana qarşı cinayət törətmiş hər kəs qanun qarşısında cavab verəcək: “Ona görə də Qarabağa ermənilərin qaytarılması məsələsinin sülh müqaviləsinə salınması tələbi absurddur. Birincisi, müqavilə sənədi Ermənistanla Azərbaycan arasında qarşılıqlı sülhün yaradılmasına xidmət edir. İkincisi isə, Qarabağ ermənilərinin geri qayıtması, o cümlədən Azərbaycan vətəndaşlarının geri qayıdışının sülh müqaviləsinə salınması deməkdir. Yəni Ermənistandan zorla çıxarılan yüz minlərlə Qərbi azərbaycanlının da geri qayıdışı sülh müqaviləsində əksini tapmalıdır. Ona görə də inanmıram ki, Paşinyan belə bir sənədə qol çəksin. Ermənilər Zəngəzur azərbaycanlılarının geri qayıtmasını özləri üçün "faciə" sayırlar".

Həmsöhbətimiz vurğulayıb ki, Qarabağ ermənilərinin geri dönməsi üçün Azərbaycan da öz şərtlərini irəli sürüb: "Azərbaycan qanunlarını qəbul edən və təbii ki, xalqımıza qarşı cinayətlərdə iştirak etməmiş ermənilər sərbəst geri qayıda bilərlər. Amma bu, vaxtilə Azərbaycan vətəndaşı olmuş adamlara aiddir. O baxımdan manukyanların ssenariləri əhəmiyyətsizdir. Mən o vaxt Vazgen Manukyanla danışıqlarda iştirak etmişəm. O, bir müddət Ermənistan Təhlükəsizlik orqanına rəhbərlik edib, baş nazir də olub. Manukyan Rusiyanın hərbi kəşfiyyatının sifarişlərini yerinə yetirir. Məqsəd Paşinyanı yıxmaqdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026