Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
Bakıvaxtı.az xəbər verir ki, o, Çağırış Kubokunun 1/8 final oyununda iş başında olacaq.
Z.Hacıyev “Qalatasaray Daikin” (Türkiyə) – “Visbaden” (Almaniya) görüşündə birinci hakim funksiyasını yerinə yetirəcək.
Qarşılaşma noyabrın 30-da İstanbulda baş tutacaq.