• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Vinisiusun oğurlanmış formasına görə millidən kənarda qaldı

İDMAN

28 Dekabr 2023 | 21:10 | Müəllif: Subhan Mahmudov

Vinisiusun oğurlanmış formasına görə millidən kənarda qaldı

Portuqaliyanın "Arouka" və Qvineya millisinin yarımmüdafiəçisi Morlaye Silla Afrika Millətlər Kuboku üçün milli komandaya daxil edilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Corc Addo məlumat yayıb.

Mənbənin məlumatına görə, Silla yoldaşlıq görüşündən (1-4) sonra Braziliya millisinin oyunçusu Vinisiusun formasının oğurlanmasında komanda yoldaşlarını və texniki heyəti ittiham edib. Bundan sonra o, millidən kənarda qalıb.

Qeyd edək ki, iyun ayında keçirilən oyundan sonra "Real Madrid"in futbolçusunun forması soyunub-geyinmə otağından yoxa çıxıb.

Afrika Millətlər Kubokunda Qvineya Kamerun (15 yanvar), Qambiya (19 yanvar) və Seneqal (23 yanvar) milli komandaları ilə qrup mərhələsində oynayacaq. 

Turnirin özü 2024-cü il yanvarın 13-dən fevralın 11-dək Kot-d'İvuarda keçiriləcək./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026