Türkiyənin “Antalyaspor” futbol klubunun baş məşqçisi Nuri Şahin Almaniyanın “Borussiya Dortmund” klubuna keçir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbər yayılıb.
Məlumatlara görə, o, klubun baş məşqçisi Edin Terzekin köməkçisi olacaq.
İddia edilir ki, Nuri Şahin mövsüm sonuna qədər baş məşqçi postunu Terzekdən təhvil alacaq.
Qeyd edək ki, “Borussiya Dortmund” Nuri Şahin üçün yad klub deyil. 35 yaşlı mütəxəssis 2005-2007-ci illərdə “Bundesliga” təmsilçisinin formasını geyinib.
Ziyafət Əlisoy
















