Azərbaycanlı bir nazirin Böyük Britaniyanın paytaxtı Londonda 4 milyon 600 min funt sterlinq (təxminən 10 milyon 342 min manat) dəyərində mənzil aldığı bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı hazırda ölkə xaricində yaşayan jurnalist Cavanşir Həsənli yayıb. O, sosial şəbəkədəki paylaşımında sözügedən mənzilin keçmiş satış tarixçəsini də təqdim edib.
Jurnalistin iddiasına görə 17 yanvar 2002-ci ildə mənzil 800 min funt sterlinqə satılıb, 19 iyun 2002-ci ildə isə bu qiymət 1 milyon 90 min funtadək yüksəlib (təxminən 36% artım), 29 iyul 2002-ci ildə növbəti satış 125 min funt səviyyəsində qeydə alınıb (əvvəlki qiymətdən 89% ucuz), 19 aprel 2018-ci ildə isə həmin mənzil son satış dəyərindən 3580% daha baha – 4 milyon 600 min funt sterlinqə azərbaycanlı nazirlə əlaqələndirilən şəxsə verilib.
Cavanşir Həsənli qeyd edib ki, qiymətin bu qədər şişməsi ciddi suallar doğurur. O, həmin mənzili aldığı iddia edilən nazirin adını açıqlamayıb.
Bakı 





