• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Azərsığorta”nın ləğvi üçün komissiya yaradıldı

 

CƏMİYYƏT

12 Fevral 2024 | 16:25

“Azərsığorta”nın ləğvi üçün komissiya yaradıldı 

Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) ləğvi üçün ləğvetmə komissiyası yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmaq tapşırılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024