• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qlaukomanın hansı mərhələsində əməliyyət qaçılmazdır?

CƏMİYYƏT

13 Mart 2024 | 15:32

Qlaukomanın hansı mərhələsində əməliyyət qaçılmazdır?

“Qlaukomanın ilkin mərhələdə dərman tətbiq olunur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu Cəmil Həsənov nazirliyin "Instagram" səhifəsində canlı yayımında deyib.

Həkimin sözlərinə görə, amma əgər dərman gözdaxili təzyiqi aşağı salmırsa, dərmanlar yaxşı təsir etsə də xəstə səhlənkarlıq edirsə, dərman xəstəyə yaxşı təsir göstərmursə, onun gözlərini qızardırsa bu zaman əməliyyat qaçılmazdır.

C.Həsənov onu da deyib ki, qlaukoma əməliyyatı keçirən şəxsin əvvəlki həyat tərzinə qayıtmasının müddəti onun peşə fəaliyyətindən asılıdır:

"Məsələn, tikintidə çalışan biri üçün bu müddət bir qədər uzuna bilər. Burada əsas məqamlardan biri dərmanların vaxtlı-vaxtında istifadəsidir. Müalicə bir aydan üç aya qədər davam edə bilər".

Cəmil Həsənov qeyd edib ki, bu mövzuda hər bir xəstəyə indevidual yanaşılmalıdır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026