• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlkin mərhələdə qlaukomadan xilas olmaq olar?

CƏMİYYƏT

13 Mart 2024 | 15:20

İlkin mərhələdə qlaukomadan xilas olmaq olar?

“Normada göz təzyiqi 12-20 mm civə sütunu arası olmalıdır. Aşağı və yuxarı olanda gözdə müəyyən narahatlıqlar yaranır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov açıqlayıb.

Onun sözlərinə görə, bu təzyiq gözdaxili maye hesabına yaranır:

“Kiprikli cisim mayeni ifraz edir. Xüsusi fizioloji yollarla göz mayesi damar vasitəsilə çıxır (axır). Bununla da daimi balans saxlanılır. Balans olanda gözün normal təzyiqi 12-20 mm civə sütunu olur”.

C.Həsənov qeyd edib ki, 50-55 yaşdan yuxarı insanlarda mayenin çıxış yolları azalmağa başlayır:

“Bu zaman gözün ön kamerasında fizioloji yollarda xüsusi bioloji şərti olaraq adlandırdığımız “filtr” var, yaş artıqca bu “filtr” yavaş-yavaş tutulur və mayenin axınına maniyələr yaranır. Mayenin axını fizioloji yolla azalandan sonra gözdaxili təzyiq artır. Əgər 50 yaşlı adamlarda 200 nəfərdən 1 də qlaukomaya rast gəlinirsə, 80 yaşında 10 nəfərdən 1-də qarşılaşırıq”.

Həkim deyib ki, gözdaxili təzyiqi dərman vasitəsilə aşağı salmaqla ilkin mərhələdə qlaukomanın müalicəsinə başlaya bilərik.

Onun sözlərinə görə, müalicənin düzgün aparılması əsas şərtlərdən biridir.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026