• Bakı 17° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

AzTV-nin müxbiri xəsarət aldı - FOTO

MEDİA

12 Noyabr 2025 | 12:34

AzTV-nin müxbiri xəsarət aldı - FOTO

Azərbaycan Dövlət Televiziyasının (AZTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya R.Həsənov özü məlumat verib.

O bildirib ki, dünəndən hadisə yerindədir və hadisə təsadüfən baş verib.

R.Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib.


SON XƏBƏRLƏR