“Bütün resurslar içərisində tükənməyən, bitməyən və daim inkişaf edən insan resursudur ki, bunu kapitala çevirməliyik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi tərəfindən keçirilən “Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi” forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, bu, həm də ailə və cəmiyyət həyatına şamil edilməlidir.
B.Muradova qeyd edib ki, Konstitusiya qəbul olunana qədər digər ölkələrin Konstitusiyasına istinad edərək hüquqların olduğu vurğulanır və bunun ana qanunumuzda əks olunmasına çalışılırdı:
“Bütün Azərbaycan və bütün gənclik bu prosesin bu anını bir an da olsun buraxmırdıq. Ona görə də, bu gün bir daha gözümün qabağına gətirirəm ki, biz haradan hara gəldik. Qarşımıza qoyduğumuz hədəflərə çata bildik”.
Mina Mikayılova