Bakı metropoliteni 2024-cü il üzrə sərnişindaşıma göstəricilərini təqdim edib.
Bakıvaxtı.az bu barədə QSC-yə istinadla xəbər verir.
Məlumata görə, il ərzində 229 584 259 sərnişin metrodan istifadə edib. Orta istifadəçi sayı isə 627 279 nəfər olub. O cümlədən, 6 682 348 sərnişin güzəştli şərtlərlə metro istifadəsindən yararlanıb.
Bildirilib ki, əvvəlki iki ilə nisbətən istifadəçilərin sayında artım müşahidə olunub:
"2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım dinamikası mövcuddur",- məlumatda qeyd edilib.
Əli Hüseynov