• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Novruz öncəsi bölgələrdəki hotellərdə qiymətlər ARTIB

CƏMİYYƏT

26 Fevral 2025 | 14:18

Novruz öncəsi bölgələrdəki hotellərdə qiymətlər ARTIB

Novruz bayramı ərəfəsində istirahət üçün Azərbaycanın müxtəlif bölgələrinə üz tutanların sayı kəskin artır. İnsanlar əsasən Qəbələ, Şəki, Quba, Qusar, İsmayıllı və Şamaxı kimi təbiətə yaxın və turistik bölgələrə üstünlük verirlər. Artan tələbat fonunda hotellər, kənd evləri və istirahət mərkəzlərində qiymətlər artır.Bayram günlərində restoran və iaşə obyektlərində də qiymətlərin artması müşahidə edilir.

Artıq bir çox hotellərdə qiymətlər qaldırılıb və bəzilərində yer tapmaq müşkül məsələyə çevrilib.

Ekspertlərin fikrincə, turizm sahəsində qiymətlərin qalxması mövsümi xarakter daşıyır və tələbin çoxluğu ilə əlaqədardır. Lakin bəzi yerlərdə süni qiymət artımı müşahidə edilir ki, bu da istirahət etmək istəyənlər üçün əlavə çətinliklər yaradır. Əhalinin bir hissəsi qiymətlərin yüksək olmasına görə daxili turizmdən imtina edərək bayramı evdə keçirməyi üstün tutur. 

Qeyd edək ki, bu il Novruz tətili daha uzun, 12 gün davam edəcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, Turizm eksperti Ceyhun Aşurov Modern.az-a bildirib ki, bölgələrdəki hotel və istirahət mərkəzləri bayram ərəfəsinə öncədən hazırlaşırlar.

"Həmin mərkəzlər sosial media vasitəsilə müştərilərə təkliflər edirlər. Öncədən planlama müştərilərə daha sərfəlidir. Lakin hotellərin yarısı dolduqda, tələbat artırsa, qiymətlərin yenidən qalxması mümkündür", - o qeyd edib.

Ekspert vurğulayıb ki, bu il keçən illə müqayisədə qiymət artımı gözlənilmir. Çünki, hər il yeni mərkəzlər yaradılır. Üstəlik, vətəndaşlarımızın bir qismi də xaricə üz tuturlar. Ramazan ayının da mart ayına təsadüf etməsi əhalinin bir qisminin evində olmasına şərait yaradacaq. Bu da qiymətlərin ötən illərlə müqayisədə nisbətən sabit qalmasına şərait yaradacaq.


SON XƏBƏRLƏR

26 Fevral 2025