• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir - FOTO

GÜNDƏM

31 May 2024 | 11:01

Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir - FOTO

Sabahdan Bakı Metropoliteninin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin baş mühəndisi Məzahir Qədirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ventilyatorların yeni qrafikinə əsasən, stansiyaların gün ərzində havalandırılması yay fəslinin orta temperatur rejiminə uyğun olaraq tənzimlənəcək:

"Bununla yanaşı, gündəlik monitorinqlər və hava proqnozu ilə bağlı rəsmi məlumatlar diqqətdə saxlanılaraq, əlavə tədbirlərin görülməsi nəzərdə tutulacaq. Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir".


Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir - FOTOBakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir - FOTOBakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026