• Bakı 20° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Bakı Şəhər Halqasından yollarla bağlı AÇIQLAMA 

FORMULA 1

20 Iyun 2022 | 09:14

Bakı Şəhər Halqasından yollarla bağlı AÇIQLAMA 

Bakı Şəhər Halqasına aid olan küçə və prospektlərdə, "Formula 1" azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq yığışdırılıb.

Bakıvaxtı.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisinin keçirildiyi son altı ildə, yollar, bir həftə olmaqla ən qısa zaman müddətində bərpa edilərək, nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.
“2022–ci il "Formula 1" üzrə Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaqdır.”-deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov bildirib.
Xatırladaq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022–ci il "Formula 1" üzrə Azərbaycan Qran Prisi 3 gün davam etməklə 10-12 iyun tarixlərində baş tutub. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

01 Oktyabr 2023