Bakıda keçirilən “Formula 1" üzrə Azərbaycan Qran-prisində qalibi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, "Red Bull" komandasının üzvü Maks Ferstappen finişə birinci çatıb.
Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.
Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.
Ramid İbrahimov