• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Fernando Alonso Bakıda Şumaxerə məxsus rekordu qırıb

FORMULA 1

12 Iyun 2022 | 15:11

Fernando Alonso Bakıda Şumaxerə məxsus rekordu qırıb

Hazırda "Alpine" komandasında çıxış edən "Formula 1" pilotu Fernando Alonso Azərbaycan Qran-prisində yeni rekorda imza atıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Alonso Bakı mərhələsində çıxış etməklə ən uzun karyeraya malik sürücü adına yiyələnib.

İspaniyalı pilot "Formula 1"də 2001-ci ilin martında debüt edib. Azərbaycan Qran-prisində "Renault", "McLaren" və "Ferrari"nin keçmiş sürücüsü 21 il 3 ay və 8 gününü tamamlayıb. Əvvəlki rekord isə artıq karyerasını başa vurmuş 7 qat dünya çempionu Mixael Şumaxerə məxsus idi.

Qeyd edək ki, Fernando Alonso ikiqat (2005, 2006) dünya çempionudur.


SON XƏBƏRLƏR

18 Aprel 2024