• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakıda bağlanan yollar bu tarixdə açılacaq - YENİLƏNİB

FORMULA 1

13 Iyun 2022 | 12:44

Bakıda bağlanan yollar bu tarixdə açılacaq - YENİLƏNİB

Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

Bakıvaxtı.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa,  iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk", - deyə məlumatda qeyd olunur.

***

10:51

Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-dan açılacaq.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Halqasından bildirilib.

Məlumata görə, bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək.

Xəbərdə o da bildirilir ki, piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Ramid İbrahimov


SON XƏBƏRLƏR