Bakıda anbar yanıb.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Ümumi sahəsi 200 m² olan anbarın yanar konstruksiyaları və içərisində olan geyim malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















