• Bakı 17° C

    2.69 m/s

Bakıda intihara cəhd: Özünü dənizə atdı

HADİSƏ

09 Dekabr 2021 | 12:14 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda intihara cəhd: Özünü dənizə atdı

Bakıda 22 yaşlı gənc intihara cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkın ərazisində olub. 1999-cu il təvəllüdlü Alıyev Vaqif Şəhriyar oğlu bu gün saat 11 radələrində bulvarda özünü dənizə atıb.

Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. V. Alıyev xilas edilərək Kliniki Tibbi Mərkəzə yerldirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, hazırda V.Alıyevin vəziyyəti kafidir, müalicəsi davam etdirilir.

"Hazırda vəziyyəti kafidir, boğulma əlamətləri yoxdur, soyuq suda qaldığından bədəndə hipotermiya müşahidə olunur. Bütün ilkin tibbi yardım göstərilib", - deyə E.Hidayətoğlu bildirib./trend/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026