• Bakı 12° C

    0.67 m/s

Bakıda marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş - VİDEO

CƏMİYYƏT

05 May 2021 | 10:58

Bakıda marketdə çipsi əzib, video çəkən şəxs generalın oğlu imiş - VİDEO

Xəbər verdiyimiz kimi, Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salan Rüstəm Orucov və Xəyalə Vəliyeva saxlanılıb.

Bakıvaxtı.az musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2019-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.

Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026