• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda "Pajero" aşdı, sürücünün anası öldü, xalası yaralandı

HADİSƏ

29 Avqust 2022 | 09:40 | Müəllif: Subhan Mahmudov

Bakıda "Pajero" aşdı, sürücünün anası öldü, xalası yaralandı

Bakıda avtomobil aşıb, ölən və yaralanan var.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə avqustun 28-i saat 06:50-də Bakı-Qazax-Gürcüstan yolunun rayonun Sahil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Əmənov Alqış Vaqif oğlunun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobilin yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1961-ci il təvəllüdlü Vəliyeva Mələk Gülhəsən qızı (sürücünün anası) ölüb, digər sərnişin - 1958-ci il təvəllüdlü Süleymanova Mərifət Gülhəsən qızı (xalası) müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026