Yevlaxda 25 yaşlı gənc itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, Abbas Əliyev ötən gün Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək oğlu 1997-ci il təvəllüdlü Elvin Əliyev itkin düşdüyünü bildirib.
O qeyd edib ki, oğlu sentyabrın 26-da saat 15 radələrində yaşadığı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən evindən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. /Report
















