• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət aldı

HADİSƏ

27 Oktyabr 2022 | 16:21

İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət aldı

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobilin "KamAZ" markalı avtomobilə arxadan çırpılması nəticəsində Balakən rayon sakinləri - 1990-cı il təvəllüdlü Alqayeva Nübar Tahir qızı, 2002-ci il təvəllüdlü Orucov Elcan Vahid oğlu, 1964-cü il təvəllüdlü Alqayeva Ziyafət Amil qızı və 1978-ci il təvəllüdlü Alqayeva Lalə Mollaəli qızı xəsarət alıb.

Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR