• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu məşhurun  adından istifadə edib Sənanın kartındakı pulları oğurladılar

HADİSƏ

27 Oktyabr 2022 | 15:25

Bu məşhurun adından istifadə edib Sənanın kartındakı pulları oğurladılar

Bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə şəhidin qardaşının dostu Elyar İslamoğlu məlumat verib. O bildirib ki, Sənana xarici nömrədən zəng edilib və zəngi edən şəxs Moskvada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib: “Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  məsələnin nəzarətə götürüldüyünü bildirib: “Baş vermiş hadisə araşdırılır və nəticəsi ilə bağlı məlumat veriləcək”.


Bu məşhurun adından istifadə edib Sənanın kartındakı pulları oğurladılar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026