• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Bakının mərkəzində YANĞIN - YENİLƏNİB

HADİSƏ

27 Oktyabr 2022 | 17:49

Bakının mərkəzində YANĞIN - YENİLƏNİB

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində– “Qış parkı”nın yaxınlığında yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub və nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb.

FHN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisəyə operativ müdaxilə sayəsində alovun genişlənərək bitişik tikililərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ilkin məlumata əsasən, vətəndaşa məxsus ümumi sahəsi 30kv.m olan ikiotaqlı evin dam örtüyü 6kv.m və təsərrüfat otağının yanar konstruksiyaları 20kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edilib.
 

15:57

Bakının Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə baş verən yanğının qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Verilən xəbərə görə, FHN qüvvələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb

***

15:53

Bakıda birmərtəbəli bina yanır.

Bakıvaxtı.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

Kamran Kazımoğlu


Bakının mərkəzində YANĞIN - YENİLƏNİBBakının mərkəzində YANĞIN - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026