Gədəbəyin Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, “Volkswagen Passat” markalı avtomobil iki azyaşlı məktəblini vurub.
Qəza zamanı xəsarət alan məktəblilər Gəncə Şəhər Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
















