• Bakı 22° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Bakıda avtomobil qarət olundu

HADİSƏ

26 Noyabr 2022 | 18:31 | Müəllif: Subhan Mahmudov

Bakıda avtomobil qarət olundu

Bakıda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir avtomobildən içərisində bank kartları, sənəd və mobil telefon olan çantanın soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Məmmədov və Namiq Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Polis əməkdaşları tərəfindən N.Əsgərova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026