Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı maşınla 2 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusu toqqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /APA








jpg-1674646141.webp)











