• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Avtobusdan  6 kiloqramdan çox narkotik tapıldı

HADİSƏ

25 Yanvar 2023 | 12:36

Avtobusdan 6 kiloqramdan çox narkotik tapıldı

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantasından 6 388 qram çəkisində narkotik vasitələr aşkarlanıb.

Bakıvaxtı.az-ın DGK-ya istinadən verdiyi məlumata görə, çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2 060 qram olan psixotrop maddə - metamfetamin və 4 328 qram narkotik vasitə - heroin aşkarlanıb.

Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Avtobusdan 6 kiloqramdan çox narkotik tapıldıAvtobusdan 6 kiloqramdan çox narkotik tapıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026